adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Oktyabr 2017 15:39
15392
MƏDƏNİYYƏT
A- A+

Bakıda litvalı rejissorla görüş olacaq

Oktyabrın 17-də "CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin kulis.az-a verdiyi məlumata görə, görüş çərçivəsində rejissorun yeni - "Buzlaqlarda qadın” məşhur filmi nümayiş olunacaq.

Görüş İttifaqla Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.