adalet.az header logo
  • Bakı 20°C
16 Oktyabr 2017 14:41
12402
İDMAN
A- A+

BAŞ MƏŞQÇİMİZƏ YAMAN ÇOX MÜŞTƏRİ ÇIXIB

Nədənsə Azərbaycan milli futbol komandasının baş məşqçiləri öz vəzifələrini yerinə yetirə bilməyəndə mataha minirlər. Azərbaycan futbolunun anasını ağladan Foqtsa sona yaxın o qədər elçi düşmüşdülər ki, seçim qarşısında özünü itirmişdi. İndi deyəsən işsizdi, özü üçün avaralanır. Balam, bəs o elçilər nə oldu?

San-Marino kimi küçə komandasından 6 xal almağı ilə lovğalanan, adı dilimə yatmayan Baş Məşqçimizin də müqavilə müddəti dekabrın 6-da başa çatır. Baxıram elçilər düzülüb qapının ağzına. Az qala Avropadakı ölkələrin yarısı xahiş edirlər ki, gəlib onların milli komandasını çalışdırsın. Adı dilimə yatmayan Baş Məşqçimiz də açıqlama verir ki, hələ qəti qərara gəlməmişəm, müraciətləri dəyərləndirirəm.

Amma çox güman ki, elə qalacaq, heç hara getməyəcək. Burdan rahat yer tapa bilər? İnşallah, üzümüzə gələn Avropa Çempionatında da qələbə ilə tarixə düşərik 6 xal da onda alar.