adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Oktyabr 2017 14:34
5527
HADİSƏ
A- A+

ABŞ-da POLİSƏ GÜLLƏ ATDINSA, SƏN YOXSAN

ABŞ-da belə bir qanun var: polisi öldürən adam qeydsiz-şərtsiz ölüm cəzasına məhkumdur. Amma yazılmamış bir qanun da var. Çiyin yoldaşları həmkarlarını vuran şəxsi heç qoymurlar ki, məhkəməyə gedib çıxsın. Yəni mütləq intiqam alırlar. Ona görə də ABŞ-da ən qatı cinayətkar belə nəinki polisə güllə atmaqdan, hətta polisə əl qaldırmaqdan çəkinir.

Srağagün öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını gülləyə tutublar və nəticədə Səbail rayon Polis İdarəsinin rəis müavini, polkovnik Orxan Axundzadə ağır yaralanıb. Şükürlər olsun ki, həkimlər onun həyatını xilas edə biliblər. Allahdan tezliklə ayağa qalxmasını arzulayırıq. Cinayətkarların ikisi yaxalanıb.

Rey Kərimoğlunun sözü olmasın, elə-belə yazdım ey, yəni başqa məna axtarmayın.