adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2017 14:26
13652
DÜNYA
A- A+

SANKSİYALAR İRANA DÜŞÜR

ABŞ yenə İrana yeni sanksiyalar tətbiq edəcəyini söyləyir. Avropadakı qohum-əqrabalarını da bu məsələdə ABŞ-ı dəstəkləməyə çağırır.

Amma çox qəribədir ki, İrana nə qədər çox sanksiya tətbiq edirlərsə, İran bir o qədər də güclənir, daha qüdrətli bir dövlətə çevrilir. 35 ildən çoxdur ki, sanksiyalar bu dövləti az qala dünyadan təcrid edib Amma nə oldu? İran özünün 3000-3500 km vuran raketlərini kəşf etdi. Özünün ən müasir silahlarını yaratdı. Sualtı gəmilər, tanklar istehsal eləməyə başladı. Atom bombasının da bir addımlığındadı. Yəni çox yaxşı başa düşdü ki, qonşuya ümid olan şamsız qalar, ona görə də öz şamını yandırdı.

İndi bir az da sanksiyalar tətbiq eləsələr, yəqin ki, kosmik gəmilər də buraxacaq. Belə bir söz var, ey türk, kəndinə gəl, sən kəndinə gələndə böyük olursan! Qardaşımız Türkiyə kəndinə gələ bilmir, amma İran kəndinə gəldi.