adalet.az header logo
  • Bakı 17°C

Anamın oxşarı

OĞUZ AYVAZ
25772 | 2017-10-16 09:59

Anam neçə vaxtdır ki, yuxularımdandidərgin düşüb. Onu yaddaşımın dərinliklərində itirmişəm, ora işıq saça bilmirəm.Bilmirəm, anam niyə məndən küsüb...

Bir dəfə metroda fikirli-fikirligedirdim. Vaqonun içində ortaboylu, qara saçlı, iri gözlü, ağbəniz bir qadınlaqarşılaşdım. Bir an fikirlərdən yaxa qurtarıb heyrətlə qadına baxdım. Gözlərimbərəldi. Qadın anama bənzəyirdi. Elə bil bir almanın yarısıydılar. Baxışlarımıondan heç cürə çəkə bilmirdim. Anama bənzəyən qadın diqqətimi hiss etmişdi.Qara saçlarını anamın saçı kimi yığmışdı. Vaqonda adamlar seyrək idi. Ona hər dəfəbaxanda duyğularım sevinc və hüznlə yoğrulurdu. Anama bənzəyən qadın gözləriniməndən çəkir, laqeyd-laqeyd qatarın pəncərəsindən qaranlıq tunelə boş-boşbaxırdı... Bir an mənə elə gəldi ki, bu qadın həqiqətəndə anamdı. İncikolduğuna görə məni tanımamazlıqdan gəlir. Bu gərçəyə bir neçə dəqiqə o qədər güclühisslərlə inandım ki, yaşadığım bütün ağrılar sevgiylə, hüzurla əvəzləndi.Duyğularımın rahatlıq tapdığı an anama bənzəyən qadın İçərişəhər stansiyasındadüşdü. Düşünmədən arxasınca getdim. Sanki maqnit çəkib aparırdı məni. Maqnitingüclü təsirindən qadının addım atdığı hər yerə ayaqlarım qırmızı rəngli yol çəkirdi.

Qadın, bilmirəm tələsdiyindən,yoxsa ürkdüyündənmi tez-tələsik yeriməyə başladı. Bir an mənə elə gəldi ki,anam məndən qaçır, eynən yuxularımdan qaçdığı kimi... Bu gərçək toxundu mənə. Məndə arxasınca sürətimi artırdım. Küçənin dolanbac yerində istiqamətini dəyişdi. Köhnəbeşmərtəbəli binaya girdi. Ayaqlarım dayandı. Gözlərim pəncərələrdə gəzməyəbaşladı. Ürəyim çırpınır, tez-tez tövşəyirdim. Bir saat keçmişdi. Pəncərələrdəsükut bayrağı əsirdi. Hövsələsizliyimdən siqareti siqaretə calayır, acgözlüklətüstünü içimə çəkirdim. Qadının pəncərəyə çıxması üçün içimdə dua oxuyurdum.

Hava qaralırdı. Buludlar göyüzünüboz rəngə bulayırdı. Pəncərələrdə işıqlar yanmağa başlayır, küçədən keçənadamların sayı artırdı... Ümidimi üzüb getmək istədim. Son dəfə pəncərələrə gözatanda anama bənzəyən qadının çöhrəsini gördüm. Ayaqlarım elə bil asvaltayapışdı. Gül çöhrəli üzündə təbəssüm vardı. Saçları küləyə qarışmış, qoxusuburnumun ucundaydı. Qanadlarım olsaydı kaş...

İkinci mərtəbədə qalırdı. Pəncərələriköhnə, nimdaş idi. Qadının əlində fincan göründü. Çay içirdi, ya da kofe.Küskün, incinmiş halı vardı. Anama bənzəyən qadın içəri keçdi, pəncərənibağladı. Az keçmədi ki, evin işıqları da söndü. Bir neçə saat pəncərəyə çıxardeyə gözlədim. Qış ayı olduğundan axşamlar hava daha da soyuyurdu. Əllərim buzadönsə də, ürəyim istiydi.

Tanımadığım bu qadın mənim üçünanam kimi doğma və əziz idi arıtq. Yağış yağmağa başladığından açılmayan pəncərədənçıxıb getməli oldum. Evə gedəndə qardaşıma, bacıma bu haqda bir kəlmə də demədim.

Hər gün qadının qaldığı məhəlləyəgedir, onun eyvana çıxmağını dörd gözlə gözləyirdim.

Ancaq anama bənzəyən qadınınqaldığı evin işıqları yanmırdı. Günlərcə ümidlə onun pəncərədən çıxdığı anıböyük həvəslə, sevinclə gözləyirdim. Bəzən bu gözləyişlər gecə saatlarına kimidavam edirdi. Hər dəfə də çar-naçar arxama baxmadan qaçmağa başlayır, anamıunutmaq istəyirdim.

Anama bənzəyən qadınla bir daha heçyerdə rastlaşmadım. Bu hadisədən sonra anamı unutmaq cəhdlərim başladı. Ancaqanam bu dəfə bütün qadınlara bənzədi. Onun qalıqlarını qarşılaşdığım yerlərdə,parklarda, metrolarda, küçələrdə, mərtəbələrdə tapırdım. Görüşdüyüm qızlarda,bacımda, qonşu qadınlarında anamın parçaları gizlənmişdi. Mən onları gördükcəanam yenidən doğulurdu yaddaşımda. Və anladım ki, anam ömrüm boyu içimdəyaşayacaq... Ona yazdığım şeirimdəki kimi:

sən tərk edəndən məni,
bütün qadınlara
yalan danışmaq yoluxdu,
"səni sevirəm"lər, "yanındayam"lar,
əllərimdən tutmalar bulaşdı...

onlar mənə ana oldular,
başımın üstündə əsdilər,
sənin gözlərinlə baxdılar mənə, ana
hissə-hissə tapırdım qalıqlarını
çətin olurdu səni birləşdirmək ana...

yuxularda da bütöv deyildin,
özünü asdığın şalın,
saçların,
gözlərin...
xilas olmağa çalışan əllərin,
yuxularımdakı qadını gəzirdim həyatda
saçlarını metroda tapırdım,
gözlərini avtobusda,
əllərini küçədə...

ad günün də yadıma düşmür
nə vaxt doğuldun,
yadıma düşmür
qarşı-qarşıya tort yediyimiz ,
xatırlaya bilmirəm,
hədiyyələrə sevindiyini,
bütün qadınlar
doğum günün kimi gəlirdi mənə
tanış olduğumuz tarixdə sən doğulurdun
neçə vaxtdı ad gününü keçirtmirik,
sənə bənzəyib
tort yemək istəmir bütün qadınlar...

mən səni, mən səni...
boş qalmış yelləncək kimi, yelləncək kimi...
ayaqqabıları qucaqlayıb
yatan uşaqların
sevinci kimi xatırlayıram...

TƏQVİM / ARXİV