adalet.az header logo
  • Bakı 11°C
15 Oktyabr 2017 22:00
15487
ƏDƏBİYYAT
A- A+

Adamlar da ağac kimidi...

Adalet.az gənc yazar Orxan Saffarinin "Adamlar da ağac kimidi" yazısını təqdim edir.

Bir ağac var idi. Babamın atasından da qoca. İlahi, nə oyunlar gəlmirdi ki, o, ağacın gövdəsinə? budaqların qırırdılar, yarpaqların qopardırdılar, arxasında gizlənirdilər, üstünü yazırdılar, dibinə qaytarırdılar, mundarlayırdılar, amma yenə də susurdu ağac.

Heç kökündən az da olsa sarsılmırdı. Bircə hər axşam çıxıb həmin ağacın qalın bir budağında oturub, söhbət edən adam var idi. Ağacın budağı o, adam dərdini ona danışanda qırıldı.
İndi baxıram ki, adamlar da ağac kimidi.

Özü də növləri olur. Ağac var kölgəsində də oturmaq olmur heç. Ağac da var nə qədər baltalasan aşmaz. O ki, əlini çəkdin, bezdin, gözləmədiyin an heç aidiyyatı olmayan yerə, adama aşar.
Diqqətlə baxsaq görərik ki, ətrafımız ağac kimi adamlarla doludu.

Hərdən fikirləşirəm ki, "hərəyə bir ağac əkək" şüarını dediklərinə, "hərəyə bir adam əkək desinlər". Nə də olmasa mahiyyətcə eynidir.