adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Oktyabr 2017 17:00
7487
SAĞLAMLIQ
A- A+

Qripdən qorunmaq üçün bunu etməyin

Hazırda ölkədə qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Bu virusa yoluxma hallarında da kəskin artım qeydə alınıb. Ancaq immuniteti güclü olanlar və hələ də virusa yoluxmayanlar xəstələnməmək üçün müəyyən qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Adalet.az xəbər verir ki, bu da saglam və immuniteti güclü olan əhalinin qaş düzəltmək istəytən yerdə vurub gözü də çıxarmasına bənzəyən bir situasiya yaradıb. Belə ki, ölkədə tüğyan edən kəskin respirator viruslarından qorunmaq istəyənlər immuniteti gücləndirmək üçün vitaminlərdən istiafdə etməyə başlayıblar. Bu da əlavə problem və fəsadlarla müşahidə edilir.

İmmuniteti gücləndirmək üçün həddən artıq və həkim məsləhəti olmayan vitamin qəbul etmək mütəxəssislərin fikrincə olduqca ziyandır. Həkimlər bu məsələdə diqqətli olmağı tövsiyyə edir. Bildirirlər ki, ölkədə yayılan kəskin respirator viruslardan qorunmaq istəyənlər özlərində ölüm riski yaradırlar.

Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mediaya verdiyi açıqlamada bildirib ki, vitamin preparatları zəhərlənməyə səbəb ola bilər. Həkimin sözlərinə görə, bu günədək dərmandan zəhərlənmə ilə əlaqədar 112, dərman qəbulu zamanı yaranan kəskin allergik reaksiyalarla bağlı isə 46 nəfər mərkəzə müraciət edib. Şöbə müdiri deyir ki, havalar soyuduqda əksər insanlar immuniteti gücləndirmək məqsədi ilə vitamin qəbul edir. Vitaminlərin dozadan artıq qəbulu isə orqanizmdə fəsadlar yaradır:

"Preparatı qəbul etdikdən sonra hər hansı narahatlıq yaranarsa, bu zaman da mütləq həkimə müraciət edilməlidir, çünki vaxtında müdaxilə edilməməsi daha ağır nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir.