adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Oktyabr 2017 16:45
11572
İDMAN
A- A+

“Qarabağ”ın rəqibində ciddi itki

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən biri olan "Roma” ciddi itki ilə üzləşib. 

"Canavarlar”ın müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

O, İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən "Napoli” ilə ev oyununda (0:1) zədələnib.

İtaliya mətbuatı yunan futbolçunun "Çelsi” ilə ÇL oyununda meydana çıxmayacağını yazıb.

Qeyd edək ki, "Çelsi” - "Roma” oyunu oktyabrın 18-də keçiriləcək.