adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Oktyabr 2017 12:54
4847
HADİSƏ
A- A+

Mingəçevirdə avtomobil sexi yanıb

Mingəçevir şəhərində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 30 kvadrat metr olan avtomobil təmiri sexi yanıb. Belə ki, avtomobil sexinin lambirindən ibarət üzlüyü 6 kvadrat metr sahədə və sexdə təmirə dayanmış "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.