adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Oktyabr 2017 12:45
4691
HADİSƏ
A- A+

Xızıda 243 partlamamış hərbi sursat tapılıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan daxil olan məlumata əsasən, oktyabrın 14-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 243 ədəd partlamamış hərbi sursat (PHS), 79 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 327 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 388 500 kv.m (38.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 43 gün ərzində 12 278 ədəd partlamamış hərbi sursat (PHS), 5 109 ədəd partlamış-yanmış sursat qalıqları və 36 470 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 46 477 328 kv.m (4 648 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.