adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Oktyabr 2017 16:53
18835
DÜNYA
A- A+

Banqladeşdə fil qaçqınların düşərgəsinə hücum etdi - Ölənlər var

Banqladeşdə fil rohinca qaçqınları olan düşərgəyə hücum edib.

Trend-in məlumatına görə, azı 4 nəfərin filin ayaqları altında qalıb öldüyü bildirilir.

Məlumata görə, səhər saatlarında qəflətən fil meşədən çıxaraq düşərgəyə hücum edib.

Hadisə zamanı 2 nəfərin elə yerindəcə öldüyü bildirilir. Daha 2 nəfər aldığı yaralardan ölüb. Bir neçə nəfər isə ağır xəsarətlərlə yaxınlıqdakı tibbi məntəqəyə yerləşdirilib.