adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Oktyabr 2017 16:10
4269
HADİSƏ
A- A+

Avtomobildə gizlədilən telefonlar gömrükdə müsadirə olundu

Gömrükdə avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 6 ədəd "Samsung Galaxy J3 Pro 2017", 6 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd " Samsung Galaxy J5 Pro 2017", 1 ədəd " Samsung Galaxy J5 2017" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.