adalet.az header logo
  • Bakı 20°C
14 Oktyabr 2017 15:02
15529
SİYASƏT
A- A+

Deputat parlamentdə əlil övladlarının təhsil haqqı ilə bağlı məsələ qaldıracaq

Deputat Aydın Mirzəzadə Milli Məclisdə büdcə müzakirələri zamanı validenynlərdən birini itirmiş, ailə üzvlərindən biri 1-ci və ya 2-ci qrup əlil olan şəxslərin dövlət hesabına təhsil alması məsələsini qaldıracaq.

Adalet.az xəbər verir ki, bu barədə Modern.az-a məlumatı Aydın Mirzəzadə verib.

Deputat bildirib ki, hazırki qanunvericiliyə əsasən, valideynlərdən biri vəfat edən, digər valideyni 1-ci və ya 2-ci qrup əlil olan şəxslər ödənişli təhsil alarsa, təhsil haqqını dövlət ödəyir.

"Mən parlamentdə məsələ qaldıracağam ki, tək bir valideyn deyil, ailə üzvlərindən biri 1-ci və ya 2-ci qrup əlil olduqda da ailə üzvlərinə dövlət hesabına təhsil almaq hüququ verilsin. Hesab edirəm ki, həmkarlarım mənim bu təklifimə müsbət qiymət verəcək və bununla bağlı qanuna dəyişiklik ediləcək”