adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Oktyabr 2017 10:28
14223
SİYASƏT
A- A+

YUNESKO-nun yeni baş katibi seçildi

Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun yeni baş katibi seçilib.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sabiq nazir təşkilatın İcraiyyə Şurası üzvlərinin 30 səsini qazana bilib. Qalib gəlmək üçün 58 səsdən 30-u qazanmaq kifayət idi.

Seçkilərin son turunda digər namizəd, Qətərli diplomat Həməd bin Əbdüləzizi Əl-Kavarı 28 səs toplayıb.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.(modern.az)