adalet.az header logo
  • Bakı 20°C
13 Oktyabr 2017 18:07
24132
MARAQLI
A- A+

Artıq çəkidən qurtulmaq üçün pul toplayır - FOTO

30 yaşlı Aleksandr Jdanov artıq çəkidən əziyyət çəkir. Rusiyanın Lipeçski şəhərində yaşayan Aleksandrın çəkisi 230 kloqramdır. O, orta məktəbdə oxuyan vaxtı kökəlməyə başlayıb. On birinci sinifdə onun çəkisi 110 kloqram olub. Bundan sonra isə hər il 10-15 kloqram kökəlməyə başlayıb.

Aleksandr gözdən əlillər məktəbində təhsil alıb və ikinci qrup gözdən əlildir. İdman edərək az da olsa arıqlamağa nail olan Aleksandr bunun da çıxış yolu olmadığını deyib. Həkimlər isə onu əməliyyat edərək mədəsini kiçiltməyi məsləhət görüblər. Bunun üçün maddi imkan olmayan Aleksandr əməliyyat üçün pul toplayır.(moderator.az)