adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Oktyabr 2017 17:11
19030
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Jan Kristof Rufən ilə görüş keçirildi

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Akademiyasının üzvü, yazıçı və həkim Jan Kristof Rufən ilə görüş keçirilib. ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetin professor-müəllim heyəti, eyni zamanda fransız dili ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. Ədəbi fəaliyyəti, ictimai görüşləri barədə görüş iştirakçıları ilə fikir mübadiləsi aparan qonaq onları maraqlandıran sualları cavablandırıb.

Tədbir J.K.Rufənə universitet adından hədiyyələrin verilməsi ilə sona yetib.