adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Oktyabr 2017 15:10
11063
GÜNDƏM
A- A+

“Bakı-Naxçıvan dəmir yolu əlaqəsi qurmaq üçün iki variant var”

"Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin yaradılması Türkiyə və ya İran ərazilərindən keçməklə reallaşa bilər”.

Adalet.az xəbər verir ki, bu sözləri jurnalsitlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanovun bildirib ki, bu layihənin reallaşması üçün iki variant yol var:

"Qarsdan Sədərəyə dəmir yolu xətti çəkilə bilər. Bu layihənin dəyəri 2-2,5 milyard dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni ayıracağı vaxt bəlli deyil. Digər tərəfdən, İranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün yol tikilir. Bu yolun maliyyə dəyəri 1 milyard dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra, İrandan keçməklə, yəni 1450 km ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Qeyd edim ki, dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır".