adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Oktyabr 2017 12:32
11052
GÜNDƏM
A- A+

Azərbaycan doğulan oğlan uşaqları çoxluq təşkil edir

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.

Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına ömrü boyu 2,0 uşaq düşür.