adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Oktyabr 2017 12:21
11496
İDMAN
A- A+

Şotlandiya millisində baş məşqçisi istefası

Qordon Strakan Şotlandiya millisinin baş məşqçisi vəzifəsini tərk edir.

Adalet.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Şotlandiya Futbol Assosiasiyası ilə 60 yaşlı mütəxəssis müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq barədə qərar qəbul ediblər.

Şotlandiya yığması DÇ-2018-in seçmə mərhələsində pley-offa yüksələ bilmədiyindən Strakanın işinə son verilir.

Qeyd edək ki, Britaniya təmsilçisi İngiltərə və Slovakiyadan geri qalmaqla qrupu üçüncü pillədə başa vurub.