adalet.az header logo
  • Bakı 20°C
13 Oktyabr 2017 10:32
13671
DÜNYA
A- A+

Türkiyə və Rusiya S-400-lərin birgə istehsalına başlayacaqlar

Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin (ZRK) birgə istehsalına başlayacaqlar.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Moskva və Ankara arasında S-400 raketlərinin əldə edilməsi məsələsində heç bir problem yoxdur.

R.T.Ərdoğan bildirib ki, Türkiyənin özünü müdafiə etmək hüququ var və heç bir ölkə rəsmi Ankaraya göstəriş verə bilməz.