adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Oktyabr 2017 10:00
81742
AVTOMABİL
A- A+

Sürücülərin nəzərinə: Sürət həddi endirildi

Paytaxtın əsas yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın əsas magistral yolları - Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi - Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.