adalet.az header logo
  • Bakı 20°C
13 Oktyabr 2017 00:10
14580
GÜNDƏM
A- A+

AZƏRBAYCANIN ANACANI - MEHRİBAN ƏLİYEVA

Bahar Ağalarova

Hər bir insan nəsə bir yenilik edəndə qəribə qarşılanır. İlk olaraq müqavimətlə rastlaşır. Müqavimətə sinə gərməyi bacaranda, elədiyinin düzgünlüyünü sübut edəndə insanların gözündə böyüyür, ideallaşır.
Belə bir tarixi şəxsiyyət olub - Bahar Ağalarova. 1884-cü ildə anadan olub, 1953-cü ildə isə vəfat edib. Azərbaycanda ilk uşaq evinin yaradıcısıdır. İki dəfə SSRİ-nin, iki dəfə isə Azərbaycan Ali Sovetinin deputatı olub. "Şərəf nişanı" ordeniylə, medallarla təltif olunub, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Yazıçı Yusif Əzimzadə "Anacan" pyesini ona həsr edib. O, Azərbaycan tarixində bu titulları ilə qalmayıb. Direktoru olduğu məktəbdə hamı onu "Anacan" deyə çağırıb.

MEHRİBAN ƏLİYEVA

Bu gün Azərbaycan gerçəkliyində Mehriban xanım Əliyevanın gördüyü işlər çoxdur, göz qabağındadır. Hər yerdə onu Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKONUN xoş məramlı səfiri, 1-ci vitse-prezident kimi təqdim edirlər. Bu onun daşıdığı vəzifələr, titullardır. Biz Mehriban xanımı daha çox uşaq evlərində, internat məktəblərində, xüsusi təyinatlı müəssisələrdə görürük - kimsəsiz, əlil, yardıma ehtiyacı olanların arasında. Əhalinin bu təbəqəsindən arxayınıq. Çünki onların Mehriban xanım kimi arxası, himayəçisi var. Özü də ki, bütün Azərbaycan miqyasında. Bəs görəsən, bu kimsəsiz, əlil, xəstə uşaqlar onu necə çağırırlar? Ona necə müraciət edirlər?

LAYİQLİ DAVAMÇI

Firuzə Nadir adlı həmkarım, dostum var. Həm də mənim yazılarımı diqqətlə izləyir. Oxucudan daha çox tənqidçimdir. Tərifi öz yerində, iradlarını da kəskin şəkildə bildirir. Gözəl anlayır ki, tənqiddən nəticə çıxarmağı xoşlayan adamam. Leyla xanım Əliyevadan elədiyim tərcümələri də çox diqqətlə izləyir. Hər şeirdə iki-üç sözün yerinə düşmədiyini deyərək, öz variantlarını söyləyir. Razılaşdığım da olur, razılaşmadığım da. Amma bircə fikriylə iki yüz faiz razılaşıram.
- Mahir, sən öz yerində. Sənin tərcümələrin də həmçinin. Leyla xanım çox gözəl yazır. Amma mənim bu qıza şeir yazmamışdan qabaq da böyük hörmətim var. Bilirsən nəyə görə? Mahir, müşahidə etməmisənsə, bundan sonra mənim gözümlə bax. Leyla xanım, anası və bacısı ilə uşaq evlərinə, xüsusi internat məktəblərinə gedəndə uşaqlar onu qucaqlayırlar. Eləsi olur ki, Leyla xanımın başını körpə əlləriylə üzünə, sinəsinə sıxır, öpərkən burunlarının suyu belə üzünə sürtülür. Başqası olsa iyrənər.
O qız isə onları o qədər ürəkdən istəyir ki, o qədər ürəyi böyükdür ki, nəinki üzünü uzaqlaşdırır, əksinə bərk-bərk bağrına basır. Bax, Leyla xanımı mən ona görə çox istəyirəm. Şeirləri də buna görə mənə əzizdir. Sən də ki, öz yerində. Yaxşı tərcümə edirsən.

AZƏRBAYCANIN
ANACANI

Bir məktəb yaratmaqla Bahar Ağalarovanı "Anacan" çağırırdılar. Bu gün isə Azərbaycanda müxtəlif profilli məktəblər, uşaq evləri, internatlar fəaliyyət göstərir. Müxtəlif layihələr həyata keçirilir. Bu işlərin başında əzizimiz Mehriban xanım Əliyeva durur. Bu insanların bircə ANACANı var: - O da Mehriban xanım Əliyevadır. AZƏRBAYCANIN ANACANI.

MAHİR QABİLOĞLU