adalet.az header logo
  • Bakı 18°C
12 Oktyabr 2017 16:25
18424
DÜNYA
A- A+

ABŞ-da meşə yanğınları: 550 nəfər itkin düşüb

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları başlayıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar nəticəsində 23 nəfər ölüb, 100-dən çox insan isə xəstəxanalara yerləşdirilib.

Eyni zamanda 550 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Alov 3500-dən çox binanı, o cümlədən Napa dərəsindəki 13 şərab təsərrüfatını məhv edib. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.