ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da şair Vahid Əzizlə görüş keçirilib

6968    |   2017-10-12 16:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin tələbələri Auditoriya + proqramı çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Vahid Əzizlə görüşüb.

Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova şairi salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Şairin Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edən İ.Kazımova görüşün baş tutmasında tələbələrin daha çox maraqlı olduğunu sözlərinə əlavə edib. O, dəvəti qəbul edərək tələbələrlə görüşə gələn şairə təşəkkürünü ünvanlayıb.

Öz növbəsində V.Əziz Dillər Universitetində olmaqdan məmnunluğunu bildirib və söyləyib ki, tələbələrlə görüşmək və ünsiyyət qurmaq insana stimul verir. Gənc nəsli cəmiyyəti gələcəyə daşıyan qüvvə kimi xarakterizə edən şair ADU tələbələrinin dil bilgiləri hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Daha sonra şair dünya və Azərbaycan ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli xüsusiyyətlərindən bəhs edib, şair yaradıcılığı və onun baxış bucağı haqqında fikirlərini tələbələrlə bölüşüb. O, bildirib ki, əsərdə nə qədər personaj varsa, müəllif bütün obrazların həyatını, dünyasını yaşayır.

Öz yaradıcılığı və kitabları barədə söz açan V.Əziz seçilmiş əsərlərindən ibarət 10 cildliyin çapa hazırlandığını qeyd edib. O, həmçinin yeni qələmə aldığı "Qoca” adlı şeirini tələbələrə təqdim edib.

Görüş tələbələrin şairin şeirlərini səsləndirməsi və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK