ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Növbəti Bakı Şopinq Festivalının təqdimatı keçirildi

10967    |   2017-10-12 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 15-də Bakıda İkinci Şopinq Festivalı başlanacaq. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı, eləcə də təsdiq etdiyi ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

Adalet.az xəbər verir ki, II Bakı Şopinq Festivalı da bir ay davam edəcək. Noyabrın 15-dək davam edəcək festivala 400-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyəti ƏDV qaytarılması sisteminə qoşulmaqla, turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim edəcəklər. Həmçinin bir çox sürprizlər və əyləncəli tədbirlər də festival iştirakçılarını gözləyir.

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və AzərTürkBankdır.

Bu dəfəki festival bir çox yeniliklərlə alıcıların görüşünə gəlir. Belə ki, ilk dəfə olaraq artıq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Bunlar "Bravo” hipermarketi və "Neptun” supermarketləridir. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar.

Bakı Şopinq Festivalı turist paketləri hazırlayaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, Festival mağazalarına şopinq turların təşkili daxildir. Həmçinin alıcılar xüsusi hədiyyə kartıları qazanacaq, eləcə də, xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edə biləcəklər.

Turistləri və alıcıları həvəsləndirmək üçün Ticarət mərkəzlərində interaktiv oyunlar təşkil ediləcək, Festival boyunca Fəvvarələr meydanında Fan zonası fəaliyyət göstərəcək.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti Festivalın keçirilməsi cari ilin 15 oktyabr-15 noyabr tarixində nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin həvalə olunub və nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapıb.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (30%)
Argentina (10%)
İspaniya (20%)
Almanıya (40%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK