adalet.az header logo
  • Bakı 20°C
12 Oktyabr 2017 15:58
16302
SİYASƏT
A- A+

Prezidentlərin görüş vaxtı bəlli oldu - YENİLƏNİB

Bu ilin sonuna qədər Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü baş tutacaq.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Görüşün dəqiq tarixi məlum deyil. Görüş İran, Rusiya və Azərbaycan prezidentləri arasında baş tutacaq”.

Bundan əvvəl, Putin Səudiyyə Ərəbistanına səfər dəvətini də qəbul etmişdi.


****


Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.

M.Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.