ANA SƏHİFƏ / HADİSƏ

Dövlət sərhədini pozan 53 nəfər saxlanılıb

2383    |   2017-10-12 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sentyabr ayı ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb.

DSX-nın Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, onların 19 nəfəri Azərbaycan, 9 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, 16 nəfəri İran, 2 nəfəri Tacikistan, 1 nəfəri Əfqanıstan, 1 nəfəri C.Afrika, 1 nəfəri Suriya, 1 nəfəri Misir, 1 nəfəri Konqo vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən 998 halda 1118 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə-orqanları tərəfindən axtarışda olan 445 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 kq 747,1 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 851 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 ədəd siqnal tapançası, 2 ədəd mina, 18040 ABŞ dolları, 2 milyon Rusiya rublu, 6 milyon İİR tüməni, 6 kq mis, 5092 qutu pirotexniki vasitə, 4877 qutu siqaret, 292 ədəd mobil telefon, 2476 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (30%)
Argentina (10%)
İspaniya (20%)
Almanıya (40%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK