ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-ın 5 tələbəsi Yunanıstanda oxuyacaq

8363    |   2017-10-12 11:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 5 tələbə təhsillərini Yunanıstanda davam etdirəcək.

"Erasmus+” tələbə mübadiləsi proqramları çərçivəsində sözü gedən ixtisasın AM-14.1 qrup tələbələri arasında keçirilmiş müsahibə, tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyəti göstəricilərinə görə, 5 tələbə - Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə ediblər.

Bu tələbələrin həm təhsillərinin, həm də öz dünyagörüşlərinin daha da təkmilləşməsinə, o cümlədən Azərbaycanla Yunanıstan arasında mövcud əməkdaşlığın elm və təhsil sahəsində daha da möhkəmlənməsinə xidmət edəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-02-22
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK