ANA SƏHİFƏ / DÜNYA

Dünyada acların 60 faizi qadınlar və qızlardır

2409    |   2017-10-12 10:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada acların 60 faizini qadınlar və qızlar təşkil edir. Bu mənzərənin kökləri sosial struktura gedib çıxır – qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına. Eynilə, etnik azlıqlar da ayrı-seçkiliklə üzləşir və daha çox yoxsulluq və aclıq görürlər.

Adalet.az "Azadlıq” radiosuna istinadən xəbər verir ki, oktyabrın 12-də 2017-ci il Qlobal Aclıq İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), «Concern Worldwide» və «Welthungerhilfe» təşkilatları hazırlayıblar.

Hesabatda bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Amma hələ də milyonlarla adam xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.

Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb. Ötənilki bal 9.8 idi, yəni bu il irəliləyiş var.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

Builki indeks qarışıq nəticələri ortaya qoyub: uzunmüddətli götürəndə, aclığın səviyyəsində azalma olsa da, qlobal səviyyə yüksək olaraq qalır. Fərqlər təkcə ölkələr üzrə deyil, həm də ölkələr daxilindədir.

Məsələn, Cənubi Afrika Respublikasında (CAR) durum olduqca ağırdır və son 17 ildə heç bir irəliləyiş əldə olunmayıb – 2000 və 2017-ci illərin indeksi eynidir – 50. 14 ölkə isə həmin müddətdə indekslərini 50 faizdən çox azalda biliblər. İndeksin azalması durumun yaxşılaşdığını göstərir.

Nigeriyanın şimal-şərqində 4.5 milyon nəfər aclıq içindədir, ölkənin qalan hissəsində isə ərzaq təhlükəsizliyi nisbətən təmin olunub.

Uşaqların yaş üzrə inkişafdan qalmasına görə Əfqanıstanda durum dramatik fərqlənir – ölkənin bəzi yerlərində uşaqların 24.3, bəzilərində 70.8 faizi geri qalır.

Ümumilikdə, 2000-ci ildən bəri dünyada aclıq səviyyəsi 27% azalıb. Aclıqdan səkkiz ölkə ən çox əziyyət çəkir. Yəməndən başqa onların hamısı Afrikada yerləşir: CAR, Çad, Liberiya, Madaqaskar, Syerra-Leone, Sudan və Zambiya. Bu ölkələrin çoxunda son onilliklər ərzində siyasi böhran və münaqişələr baş verib. CAR və Yəməndə isə son illər müharibələr alovlanıb.

Hesabatda ərzaq təhlükəsizliyinə hədələrin hələ də qaldığı bildirilir. Münaqişə və iqlim dəyişikliyinin yoxsulları daha çox vurduğu qeyd olunur. «Aclıq ayrıcalıq etmir» desələr də, edirmiş, aclıq onsuz da zəif və imtiyazlardan məhrumlar arasında daha amansızlıqla və davamlı hökm sürür. Müəlliflər belə deyirlər.

Bir məqam da maraqlıdır ki, dünyada yoxsulların 75%-i (3/4-ü) kənd yerlərində yaşayır.

İndeksi hazırlayanlar bildirirlər ki, hədəf dünyada 2030-cu ilədək aclığın kökünü kəsməkdir. Ancaq 20 milyon adamın hazırda aclıq riskiylə üz-üzə qalması həmin məqsədə çatmağın çox uzaqda olduğunu göstərir.





İmza:
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK