ANA SƏHİFƏ / Layihə

EKRAN ARXASINDAKI ADAM

2063    |   2017-10-12 09:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ REJİSSOR FAİQ ABBAS OĞLU MUSAYEV

Ömür axıb gedən zamanın bizə düşən kiçik hissəsi, enişli-yoxuşlu yollardan, bəzən çətin, bəzən xoş və gərgin günlərin təəssüratından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. Bu vaxt ölçüsündə ömrün hər ilinin özünəməxsusluğu, mənası olsa da onilliklər onun zirvəsi sayılır.
Əməkdar mədəniyyət işçisi, çoxsaylı televiziya tamaşalarında çoxsaylı televiziya tamaşalarında obrazlar qalereyası yaratmış və xeyli televiziya filmlərinə ekran həyatı bəxş etmiş rejossor Faiq Abbasoğlu Musayev ömrün bu zirvəsinə, yaşının 60-ci baharına həyatının yenişli-yoxuşlu yolları ilə qədəm qoyur. Bu ömrün yarıdan çox hissəsi, bir qərinəsi indi televiziyanın tarixi hadisələrlə zəngin salnaməsində, videokasetlərin lentində, kompüterlərin yaddaşında yaşayır. Onun keçdiyi həyat yolu isə bu gün nəvələri ilə birgə həvəslə baxdığı ailə albomunda öz əksini tapır.
-Bax bu mənim doğulduğum Aralıq kəndidir, - deyə balaca Elcana məlumat verir, - bu o kənddir ki...g
Sonra xatirələr dilə gəlir, yaşanmış ömür bir daha kinolenti kimi göz önündən keçir.
Faiq Musayev 1957-ci il oktyabrın 16-da Şərur rayonunun Yuxarı Aralıq kəndində anadan olub. Orta təhsilini Qarxun kənd məktəbində başa vurandan sonra Azərbaycan İncəsənət İnstitutunda ali təhsil alıb. Həmin dövrdə Azərbaycan televiziyasının "Səhər görüşləri" verilişinin çəkilişlərində Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə ilə iştirakı onun televiziya rejissorluğuna həvəsini daha da artırıb. Bu dövrdə Rauf Kazımovski, Ramiz Həsənoğlu, Tariyel Vəliyev və başqa ustad sənətkarların təcrübəsindən bəhrələnən Faiq yeri gəldikcə özü də müstəqil şəkildə pult arxasında oturub verilişləri idarə edirdi. 1979-cu ildə "Komediyalar aləminə səyahət" verilişinin növbəti buraxılışlarından biri onun diplom işi kimi uğur qazanaraq ekranda nümayiş etdirilib.
Faiq Musayev elə həmin il institutu bitirərək ordu sıralarına çağırılıb, 1981-ci ilin may ayınadək Əfqanıstandakı sovet qoşunlarının tərkibində əsgəri xidmət keçib.
Əsgəri xidmətdən sonra Bakıya qayıdan Faiq Azərbaycan Dövlət Televiziyasının "Günün ekranı" xəbərlər proqramında rejissor köməkçisi kimi fəaliyyətini davam etdirib, burada sənətin sirlərinə daha mükəmməl yiyələnib. 1981-83-cü illərdə M.Bədirzadə tərəfindən ekranlaşdırılmış "Qonşular","Qonşuların sərgüzəştləri","Zəncirbənd" teletamaşalarında rejissor asistenti olub.
Yaradıcılıq axtarışlarını genişləndirən Faiq 1982-ci ildə rus yazıçısı A.Vampilovun "Metronpaj" komediyası əsasında müstəqil şəkildə teletamaşa hazırlayaraq onun uğulu efir həllinə nail olub. Tamaşada Azərbaycan teatrının korifey aktyorlarından Səyavuş Aslanın baş rolu ifa etməsi geniş tamaşaçı auditoriyasının qazınılmasına imkan verib.
1983-cü ildə ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə gənc mütəxəssis kimi Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərilib. O gündən - iyunun 13-dən Naxçıvan televiziyası ilk peşəkar rejissorun - Faiq Abbas oğlu Musayevin simasında gələcək uğurlarının təməlini qoyub. O zaman rejissor assistenti kimi əmək fəaliyyətinə başlayan istedadlı gənc Naxçıvan televiziyasının sənət yollarında pillə-pillə ucalmağa başlayıb.
Naxçıvan televiziyası səksəninci illərin əvvəllərində Azərbaycan televiziyasının kanalında gündə bir saat nümayiş etdirilirdi. 1963-cü ildən fəaliyyətə başlayan televiziyada normal televiziya rejissurasından uzaq, heç bir bədii yük daşımayan, düzgün seçilməyən görüntü həlli, ifadəsiz montaj və digər ən primitiv problemlərin mövcudluğu burada telerejissor yaradıcılığının real mənzərəsini ortaya qoyurdu. Primitiv texnika yalnız studiyadan canlı verilişlərə imkan verirdi ki, bu da bir sıra hallarda ciddi efir səhvləri ilə nəticələnirdi.
Digər verilişlər ağ-qara lentlərlə, foto-şəkillərlə nümayiş etdirilirdi. Belə bir şəraitdə öz bacarığını göstərmək gənc rejissor üçün çətin olsa da, sənətə olan hədsiz məhəbbət onu bu sınaqlardan çıxarıb. Televiziya texnikasının sürətlə mükəmməlləşməsi və yeni texnologiyaların ortaya çıxması onun qarşısında üfüqlər açıb. Tədricən informasiyanın quru, məntiqsiz təsvir ardıcıllığı ilə verilməsi arxada qalıb. Televiziya özünün texniki bazasında teletamaşalar, sənədli, elmi-kütləvi filmlər, telekonsertlər istehsal etməyə başlayıb. Faiq rejissor pultu arxasında sübut edib ki, televiziya rejissorluğu təkcə düyməni basmaq deyil, kameradan-kameraya, görüntüdən-görüntüyə keçmək deyil. Efirə gedən kadrların ifadəli montajı, quraşdırılması, dinamikanın müəyyən olunması, məzmun və janrından asılı olmayaraq hər bir verilişin baxımlı, templi, zövqlü və dəyişkən zamana uyğunlaşdırılması mühüm vəzifədir. Gənc rejissor çəkiliş prosesinin ifadəli, bədii elementlərlə zənginləşməsindən başlamış, montaj masası arxasında effektlərin, tapıntıların geniş işlənməsinə qədər hər bir verilişin səviyyəsini müəyyən etməyə başlayıb. Xarakter və məzmunca eyni olan verilişləri məhz bu meyarlar fərqləndirib, baxımlı edib, tamaşaçılara sevdirib.
Faiq Musayev 1984-cü ildə macar yazıçısı Fridyeş Korintinin "Sehrli kürsü" teletamaşasını efirə təqdim edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının iştirakı ilə çəkilmiş teletamaşa yeni üslubu, mükəmməl ekran həlli ilə Naxçıvan televiziyasında ilk dəfə ən geniş tamaşaçı auditoriyası qazanıb.
Rejissor ideyanı reallaşdırmaq işinə, onun estetik və bədii həllini ekran dilinin ifadə elementləri vasitəsi ilə çatdırılmasına uğurla rəhbərlik edib, tamaşanın ideya-məzmundan irəli gələn formanı taparaq operatorun, rəssamın, montajçının və digər yaradıcı heyətin işini istiqamətləndirməklə ümumi kompozisiyaya malik audiovuzual məhsulu ortaya çıxa bilib. Tamaşa haqqında mətbuatda resenziyalar, müxtəlif məqalələr dərc olunub.
Elə həmin il Faiq Musayevin rejissorluğu ilə Naxçıvan MR-in 60 illiyinə həsr olunmuş "Qüdrətli diyar" televiziya filmi çəkilib. Həmin film Naxçıvan televiziyasının tarixinə ilk rəngli sənədli film kimi həkk olunub. "Qüdrətli diyar" yerli telekanalla birgə Azərbaycan televiziyasında da nümayiş etdirilib.
Səksəninci illərdə Naxçıvan televiziyasında böyük uğurla nümayiş olunan "Ayrılıq" bədii - publisistik verilişinin ərsəyə gəlməsində Faiq Musayevin özünəməxsus payı var idi. Sovet dönəminin yenidənqurma mərhələsində yaranan bu verilişə görə Naxçıvan televiziyasına hər gün onlarla məktub gəlirdi. Həmin məktublarda bütün yaradıcı heyətlə bərabər Faiq Musayevin əməyi yüksək qiymətləndirilirdi.
Bu dövrdə Naxçıvan televiziyasında tənqidi, satirik verilişlərində ilk dəfə olaraq səhnəciklərdən istifadə edilməsi uğurlu rejissor işini şərtləndirirdi.
(ardı növbəti sayımızda)
Hüseyn Əsgərov

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK