adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Oktyabr 2017 17:56
17753
SİYASƏT
A- A+

MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı

Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda 2018-ci il üçün MDB-yə sədrliyin Tacikistan Respublikasına keçməsi barədə qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.

Geniş tərkibdə görüşdə isə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon və MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

Sonda MDB liderləri tərəfindən 18 sənəd imzalanıb.