adalet.az header logo
  • Bakı 16°C
11 Oktyabr 2017 17:17
17837
SİYASƏT
A- A+

“Azərbaycanla Belarus arasında aviareyslərin sayı artırılmalıdır”

"Azərbaycanda və Belarusda turizmin inkişafı üçün iki ölkə arasında aviareyslərin sayı artırılmalıdır və bu məsələ Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüş zamanı müzakirə edilib”.

Bunu Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda turizm sahəsi inkişaf edib və bu sahədə Belarusla da birgə layihələr həyata keçirilə bilər.

Spiker qeyd edib ki, regional parlament qurumlarının yaradılması məsələsi də görüşdə müzakirə edilən əsas mövzulardan biri olub: "Bu format region ölkələrinin birgə fəaliyyətinə yeni təkanlar verə bilər".