adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2017 16:48
12791
SİYASƏT
A- A+

AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu - YENİLƏNİB

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, sənədin lehinə115 deputat səs verib, 27 parlamentari qətnamənin əleyhinə olub.

AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib.

Qətnamədə məhkəmə orqanlarının tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsi, Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədilə vətəndaş cəmiyyətlərinin fəaliyyətinə və maliyyələşdirilməsinə dair qanunvericilikdə dəyişikliklər edilməsi, yuvenal ədliyyənin yaradılması, söz azadlığının gücləndirilməsi, toplaşma hüququnun möhkəmləndirilməsi və s. tövsiyyələr var.

AŞPA Azərbaycan hökümətini polis məmurları arasında gender balansının yaradılması məsələsini gündəmə gətirməyə çağırır. Qətnamədə göstərilir ki, Parlament Asambleyası Azərbaycanda islahatların aparılması prosesində və onların tətbiqində yaxından iştirak etməyə hazırdır.

Qətnamədə AŞPA-nınAzərbaycanın insan hüquqları və qanuni dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldlığı müddətdə hökümətin nümayiş etdirdiyi əməkdaşlıqdan vədialoqdan razı qaldığı qeyd edilib.

***

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

APA-nın Avropa müxbiri xəbər verir ki, müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.

Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.