adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Oktyabr 2017 16:12
3949
HADİSƏ
A- A+

Bakıda medal qazanan türkiyəli güləşçi güllələndi

Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb.

Adalet.az-ın "İhlas” agentliyinə istinadən yaydığı xəbərə görə, hadisə gecə saatlarında İstanbulda baş verib.

98 kq çəki dərəcəsində yığmasının şərəfini qoruyan pəhləvan tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə mübahisə etdiyi şəxslər idmançıya silah çəkiblər. Hər iki ayağından yaralanan güləşçi əməliyyat olunub və hazırda durumu qaydasındadır.

Qeyd edək ki, 98 kq çəki dərəcəsində çıxış edən Cenk İldem 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında da 3-cü yeri tutub.