adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Oktyabr 2017 17:21
11624
İDMAN
A- A+

Ulduz futbolçu xoruz döyüşünə görə tutuldu

"Barselona”nın keçmiş oyunçusu, braziliyalı Fabio Roşembak Rio-Qrande-du-Sul ştatında həbs olunub.

Adalet.az xəbər verir ki, veteran futbolçu xoruz döyüşlərinin təşkilində şübhəli bilinib. Axtarış zamanı polis 89 xoruz qəfəsi və təxminən 25 min nəğd pul müsadirə edib. Polislər həmçinin fermadan narkotik maddələr də aşkarlayıblar.

Xatırladaq ki, Fabio Roşembak karyerasını 2013-cü ildə Çində başa vurub. O, "Barselona”dan başqa "Sportinq”, "Midlsbro”, "Qremio” kimi klubların formasını geyinib.