adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Oktyabr 2017 12:40
11050
MƏMLƏKƏT
A- A+

Yağış yağacaq, küclü külək əsəcək

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 9-14°, gündüz 15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.