adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Oktyabr 2017 11:42
17700
ELM VƏ TƏHSİL
A- A+

Pulların perspektivləri müzakirə olunub

UNEC-də "Elektron pullar: mövcudvəziyyət və inkişaf perspektivləri" mövzusunda elmi seminar keçirilib.

Adalet.az xəbər verir ki, UNEC Tədqiqat Fondunun təşkil etdiyi elmi seminarda fondunprezidenti Fərhad Əmirbəyov elektron iqtisadiyyatın idarəetmə, biznes və sosial sahələrin, eləcə də cəmiyyətin inkişafı üçün yeni təməl olduğunu bildirib.O, qlobal dünyada iqtisadiyyatın əsas trendlərindən sayılane-maliyyənin iqtisadi inkişafın dinamikasında, məhsuldarlığın artırılmasında, yeni bazar və sənaye sahələrinin yaranmasında, davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrətanınmış eksperti, "Bəşəriyyət" Beynəlxalq Fondunun prezidenti, hüquq elmləri doktoru Ruslan Makarov "Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.O, e-pul anlayışı, onunfunksiyası, dünyada yayılması barədə geniş məlumat verib.R.Makarov alternativ valyuta növlərindən bəhs edərək, kriptovalyutavə e-pul vahidlərinin yaradılması, istifadəsi və digər müsbət xüsusiyyətləri barədə ətraflı məlumat verib.Regional e-pulun yaradılmasının məqsəd və vəzifələrindəndanışan R.Makarov onların müxtəlif şəhərlərdə tətbiqinin qısa müddətdə güclü iqtsadi inkişafa nail olunduğu haqqında nümunələr göstərib.O, eyni zamanda, e-pullarınmüxtəlif dövlətlərdə tətbiqinin müsbət nəticələrindən bəhs edib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, iqtisadiyyat tamamilə başqa bir xarakter almağa başlayıb və bu cür iqtisadiyyat xidmətin yeni növlərinin tətbiqini tələb edir.Elektorn pulların xüsusiyyətlərindən danışan rektor onun tətbiqinin nəticələrininaraşdırılmasının vacib olduğunu qeyd edib.O deyib ki, elektron pulların faydası haqqındadünyada əsasən bank və kompüter mütəxəssisləri danışsa da Azərbaycanda bu təşəbbüsü UNEC alimləri ələ almalı və e-pulun əhəmiyyətini əsaslandıran təkliflər hazırlamalıdırlar.Ehtiyac yaranarsa, e-pul məsələsində UNECekspertləri hökümətə müvafiq məsləhətlər verə bilərlər "- deyə Ə.Muradov vurğulayıb.Rektor ilk adım olaraq "UNEC ekspert"jurnalının növbəti sayının elektron pullara və kriptoavalyutalara həsr ediləcəyini, Azərbaycanda e-pulların tətbiqinin fayda və perspektivləri, həmçinin təhlükəli tərəflərinin təhlil ediləcəyini bildirib.

Elmi seminar müzakirələrlə davam edib.