adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2017 11:41
18582
ELM VƏ TƏHSİL
A- A+

BANM və Almaniyanın “Lucas-Nülle” şirkətinin əməkdaşlığı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış "Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul etmişdir. Qeyd edək ki, "Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı üzrə bir dünya lideridir.

Adalet.az xəbər verir ki, BANM və "Lucas-Nülle” şirkəti arasında başlanmış əməkdaşlığın fəaliyyətindən öz razılığını bildirən Elmar Qasımov, şirkətin BANM-in yeni açılmış kampusu üçün işləyib hazırladıqları laboratoriyaların dünya standartlarına uyğun olduğunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsinin bəhrəsi olduğunu vurğuladı.

"Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə Ali məktəbin rektoru cənab Elmar Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bilidirib. O əməkdaşlığın yeni mərhələsi kimi, külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda bu sahə üzrə BANM-in mütəxəssisləri üçün Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışdı.

Tərəflər BANM və "Lucas-Nülle” şirkətinin birgə fəaliyyətindən alınmış müsbət nəticələrini nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və davam etdirilməsininin zəruriliyini təsdiq etdilər.