adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Oktyabr 2017 11:06
10588
GÜNDƏM
A- A+

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

"TRT"nin Bakı təmsilçisi Yıldıray Arslanın vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

Bu barədə TRT-nin Bakı təmsilçiliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır. TRT-nin Bakı təmsilçiliyindən verilən məlumata görə, 3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Ulu öndər Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan almışdır. O, Oktyabr ayında Türkiyəyə qayıdacaq. TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M.Akkoç uzun müddət TRT AVAZ Kanal Koordinatoru olaraq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərinin TRT AVAZ kanali vasitəsi ilə Dünyaya çatdırılmasında müstəsna xidmətləri vardir.