adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Oktyabr 2017 19:03
14591
İDMAN
A- A+

Prosineçki barədə yeni iddia - Sloveniya ilə razılığa gəlib

Millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti iddia yayılıb.

Qol.az-ın məlumatına görə, Sloveniya mətbuatı ölkənin futbol yığmasını xorvatiyalı mütəxəssisin çalışdırmağa yaxın olduğunu yazıb. Bununla bağlı tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilib. Prosineçkinin bu gün yekun razılıq üçün Sloveniyaya gedəcəyi yazılıb.

Qeyd edək ki, bundan əvvəl R.Prosineçkinin Sloveniya yığmasını çalışdırmaq üçün ilinə 800 min avro istədiyi iddia edilib. Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç bu məbləği ona ödəmək imkanlarının olmadığını bildirib.

Xatırladaq ki, Sloveniya millisi bir neçə gün əvvəl baş məşqçisi Sreçko Katanetslə yollarını ayırıb.