adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Oktyabr 2017 18:51
9585
GÜNDƏM
A- A+

“Xəzər Dəniz Gəmiçiliyi”nin sədrinə birinci müavin təyin olundu

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyində yeni təyinat olub.

Azərbaycan prezidentinin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov "Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini təyin edilib.

Mübariz Mustafa oglu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dovlət Dəniz Yolları Akademiyasını bitirib.

1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləmişdir. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.

2004-2005-ci illərdə "BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.

2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın "CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mübariz Mustafa oğlu Cabbarov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.

Evlidir, iki övladı var.