adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Oktyabr 2017 18:48
10687
SİYASƏT
A- A+

AŞPA-ya yeni prezident seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

Adalet.az xəbər verir ki, AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə Stella Kiriakides (Kipr) müvəqqəti sədr vəzifəsinə seçilib.

Səsvermədə 216 deputat iştirak edib. Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr) 132 səs, digər namizəd Emanuelis Zingeris (Litva) isə 84 səs toplayıb.

Yeni seçilən prezident AŞPA-nın qış sessiyasına qədər bu vəzifəni icra edəcək.