adalet.az header logo
  • Bakı 19°C
10 Oktyabr 2017 17:27
20906
KRİMİNAL
A- A+

Türkiyədə prokuror iş otağında güllələndi

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb.

Adalet.az-ın məlumatına görə, prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma başlayıb.