HƏKİM SƏMİMİYYƏTİ İNAM YARADIR

ƏBÜLFƏT MƏDƏTOĞLU
69657 | 2017-10-10 17:11

ProfessorNadir Hüseynov əməlində bunu sübut edir

İndiadətdi, daha doğrusu, mətbuatda həkimlərlə bağlı hansısa bir yazı qələməalınanda mütləq ya Hippokratın adı çəkilir, ya da həkimin ağ xalatından sözsalınır. Hətta məşhur nəğmələrdən birində, yəni «Həkim qız» mahnısında da söhbəthərlənib-fırlanıb yenə ağ xalatın üstünə çıxır. Doğrudur, mən də səhiyyə işçilərindənyazı yazanda bu xalat məsələsini dilə gətirmişəm. Amma bu gün heç xalat barəsindədanışmaq fikrim yoxdu. Çünki elə bir insan haqqında yazı yazıram ki, bilgisayarqarşısında dayandığım anda da onun çöhrəsininnurunu görürəm, hiss edirəm. Və mənə elə gəlir ki, bu ortaboylu, üzü gülərinsanın həyatdakı ən böyük missiyalarından biri də təkcə xəstələrinin yox, eləçevrəsinin də üstünə nur ələməkdi, işıq səpməkdi…

Görünür,böyük Allahımız onu valideynlərinə bəxş edəndə dünyanın həm özünün, həm də budünyanın bir hissəsindəki insanların xoşbəxtliyini nəzərə alıb. Və keçmişSSRİ-nin, o cümlədən də Azərbaycanın Stalin xofundan qurtulduğu ildə o, bizimdünyaya gəlibdi – özü də Qarabağda, bizim Füzuli rayonunun Gecəgözlü kəndində.Gəlişini ailə, qohum-əqrəba necə qarşıladığını görməmişəm. Çünki ondan altı yaşkiçiyəm. Amma eşitdiklərim var. Həmin eşitdiklərimdə bildirilir ki, professorNadir İsmayıl oğlu Hüseynov dünyaya gələndə atanın üstünə muştuluğa qaçıblar,göz aydınlığı veriblər. O da özünəməxsus təbəssümlə bir oğul atası kimi gülümsəyibvə əlini cibinə uzadıb. Sonra da birbalaca məclis düzəlib. Dünyaya gələn oğulun şərəfinə xoş sözlər deyilib,xeyir-dua verilib. Mənə elə gəlir ki, o verilən xeyir-duaların, o səslənən xoşfikirlərin, eləcə də əlini göyə açıb oğlu üçün dua edən ananın səsini eşidibböyük Yaradan. Eşidib və bu körpəyə verilən adı da bəyənib. Axı ona elə-beləyox, seçilən bir ad veriblər. Bir nadir övlad, bir nadir oğul olacağını düşünübadını da Nadir qoyublar…«Dədə Qorqud»da deyildiyi kimi, adını veriblər və buadla da birlikdə onun çiyninə nadir olmaq missiyasını qoyublar. O da çiyninəgötürdüyü yükü elə nadir övladlardanbiri kimi şərəflə, namusla çəkib gətiribbu günə. O yükdən də hər kəsə ancaq sağlamlıq, ancaq xoş duyğular və içdəngələn səmimiyyət payı düşübdü…

Tibbelmləri doktoru, professor Nadir Hüseynovlatanışlığımın yaşı 25 ilə çatıb. Təbii ki, burda söhbət şəxsi tanışlıqdangedir. Necə deyərlər, üz-üzə, göz-gözə tanışlıqda. Böyük qardaşım, dostum,hüquq elmləri doktoru, professor Şirxan Adıgözəlov dəniz sahilindəki guşələrinbirində bizi tanış etdi. Mən içəri daxil olanda süfrə başında oturmuş Şirxan müəllimibir nəfərlə xoş ovqatda gördüm. Məni görən Şirxan müəllim:

-Əbili, gəl, qaynanan səni çox istəyir - dedi. Sonra da əlavə etdi ki, Nadir həkimlətanış ol. Sənin kəndçindi - (adətən Füzulidən olanları Şirxan müəllim mənə bucür təqdim edirdi – Ə.M.) dedi.

Yaxınlaşdıq,bir-birimizin əlini sıxdıq. Elə ilk söhbətdəcə yüz ilin tanışına, doğmasınaçevrildik. Məlum oldu ki, mənim qiyabi tanıdığım Nadir həkim də az-çox məni tanıyırmış, yazılarımdan xəbəri var imiş, dahaçox da Şirxan müəllimin sayəsində.

Düzünüdeyim ki, bu tanışlıq, bu süfrə ətrafındakı söhbət mənə xüsusi ləzzət verdi.Çünki hər iki dostum müxtəlif sahələrin adamları olmasına baxmayaraq, mənəayırdıqları diqqətlə içimdə öləziyən müəyyən ümidsizliyi aradan qaldırabilmişdi. Və mən onların «həyat davamedir» çağırışını könüllü şəkildə qəbul etmişdim.

Bax,25 il bundan öncə mənə məlum olmuşdu ki, Füzuli rayonunda doğulan NadirHüseynov 1978-ci ildə o vaxtkı Dövlət Tibbi İnstitutunu bitirib. Hələ tələbə ikənBakı şəhər Təcili Tibbi Yardım Stansiyasında işə başlayan Nadir Hüseynov ilk işyerindən ayrılanda artıq böyük həkim vəzifəsindən istefa verirdi. Və bununlayanaşı, o həm də artıq bir həkim kimi paytaxtda özünü tanıda bilmişdi.

Maraqlıdıki, sayılan bir yerdə işləyən Nadir Hüseynov həmin zaman çərçivəsində özü üçünönəmli bir seçim də etmişdi. Yəni o, Xarici Dillər İnstitutunun nəzdindəkiingilis dili üzrə iki illik kursu da bitirmişdi. Ona görə də iki xarici dildə -rus və ingilis dillərində fikilərini sərbəst ifadə edə bilirdi. Məhz mənimsədiyihəmin o xarici dillərə güvənərək Moskvaya üz tutdu. 1981-ci ildə SSRİ-nin ən məşhurakademiklərindən olan dünya şöhrətli alim V.A.Nasonovanın rəhbərlik etdiyi TibbElmləri Akademiyasının Elmi-Tədqiqat Revmotologiya İnstitutunda aspirant vədoktorantura təhsilini uğurla başa vurub 1985-ci ildə namizdəlik, 1990-ci ildəisə doktorluq dissertasiyasını uğurla müdafiə etdi. On ildən artıq bir müddətdəMoskvada oxuyub təhsilini mükəmməl bir səviyyəyə çatdıran Nadir Hüseynov1991-ci ildə fərdi qaydada təşəbbüskarlıq göstərərək Azərbaycanda ilkixtisaslaşdırılmış «artroloji» şöbə yaratdı. Və həmin şöbənin də rəhbəri vəzifəsinəonun özünü seçdilər. Bu gün də fəaliyytini uğurla davam etdirən həmin şöbəözünün həm praktik, həm də nəzəri uğurları ilə diqqət mərkəzindədi. Maraqlıdıki, 20 ildən artıqdı ki, Dövlət TibbUniversitetində fizioterapeya kafedrasının professoru olan Nadir Hüseynov 100-dənartıq elmi məqalə, elmi metodik tövsiyələr müəllifi kimi də sabahın həkimlərinəöz təcrübəsini öyrədir.

Birdə bu uğurlu yolun bir məqamı da var. O daNadir Hüseynovun «Revmotologiya və endokrinologiya» şöbəsinin rəhbərikimi 10 ildən artıq bir müddətdə Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyyətgöstərmiş və Azərbaycan neftçilərinə, bütövlükdə isə bu xəstəxanaya üztutanlara öz köməkliyini göstərmişdi. Praktiki fəaliyyəti ilə yanaşı, böyükelmi axtarışlarla da məşğul olan Nadir həkim MDB-də, Amerika və Avropa dövlətlərindətanınan, sayılan bir həkim kimi həmişə öz çıxışları və elmi məqalələri ilə diqqətmərəkzində olub. Elə bu səbəbdəndi ki, o, bu gün Rusiya RevmotoloqlarAssosiasiyasının İdarə Heyətinin üzvu, Avrasiya Revmotolqlar Cəmiyyətinin üzvü,Avropa Enzimoterarevitlər Liqasının regional təmsilçisidi.

Saydığımbu titulların siyahısını istənilən qədər artırmaq mümkündü.Amma bütün butitulların mənim üçün ən önəmli olanı barəsində danışdığım Şəxsin sözün bütün mənalarındaİnsan və Həkim olmasıdı. Onun İnsanlığı ilə Həkimliyinin üst-üstə düşməsidi.Bunu sadəcə görmək üçün ən uzağı yarımca saat vaxt lazımdı. Gününün yarımcasaatını onu müşahidə etməyə ayırsanız dediklərimin birmənalı şəkildə şahidiolacaqsınız. Və görəcəksiniz ki, həkimlik və insanlıq üst-üstə düşəndə əlin şəfasıda, ürəyin duası da, Allahın lütfü də düşərli olur. Dərd-bəla bu duaların, bu şəfalıəllərin qarşısında aciz qalır, çıxılmaz vəziyyətə düşür, yəni sağlamlıq qalib gəlir…

MənNadir həkimlə bağlı düşüncələrimi kağıza köçürdüyüm anda yadıma iki məqamdüşdü. Onları xüsusi olaraq vurğulamaq istəyirəm. Özü də o məqamlar bu və yadigər formada elə mənim özümlə bağlıdır…

Birdəfə hansısa yas mərasimində görüşdük. Mərasim otağına gəlişimi müşahidə edən həkimonunla üzbəüz oturub hal-xoş edəndən sonra ciddi bir şəkildə soruşdu:

-Ayaqlarında, dizlərində ağrı var?

Təəccübləonun üzünə baxdım. Düzünü deyim ki, bu sualı gözləmirdim. Adətən bizlər, yəniazərbaycanlılar həkim görəndə sağlamlıqla bağlı suallar verirlər, molla görəndədinlə. Yəqin ki, bunu siz də etiraf edərsiniz. Amma mən həmin məclisə qədərNadir həkimə sağlamlıqla bağlı heç bir sual verməmişdim. Bu dəfə onun özintiusiyası dilləndirmişdi həkimi. Təbii ki, sualı cavabsız qoya bilməzdim:

-Var, həkim, özü də yaz, payız mövsümündə daha güclü olur bu ağrılar, – dedim.

-Sən arada bir vaxt tap, gəl yanıma. Görəknə edə bilirik…

«Aradavaxt tap» sözü yaddaşıma yazılsa da, müsəlman laqeydliyi onu bir az arxa planakeçirdi. Və günlərin birində Nadir həkimdən telefonuma zəng gəldi:

-Şair, harda qaldın, səni çox gözləyəcəm? – deyə, ərklə soruşdu.

Ertəsigün onun qəbuluna getdim. Məni əməlli-başlı müayinədən keçirib müalicə təyinetdi. Və şöbənin baş tibb bacısınıçağırıb tapşırdı:

-Şairi sən nəzarətə götürürsən. Hər gün də mənə müalicənin necə getdiyini söyləyirsən.Özüm də baş çəkəcəm. Elə günü bu gündən masajları, naftalan müalicəsini və digərlərinibaşlayın, vaxt itirmək olmaz…

Düz21 gün müalicə olundum. Həmin qışı ağrının nə olduğu yadıma düşmədi. Amma Nadirhəkim söyləmişdi ki, bu xəstəliyi birdəfəlik candan çıxarmaq üçün davamlımüalicə qəbul etmək lazımdı. Mən isə onun istəyini yarımçıq yerinə yetirdim.Çünki ağrılar azalmışdı deyə, sağlamlığı gündəmdən çıxarmışdım…

Birdəfə isə həkimi Neftçilər xəstəxanasında öz otağında salamladım. Qardaşım,böyük dostum Şirxan müəllim burada müalicə olunurdu. Baş çəkməyə getmişdim.Hal-xoş edib Şirxan müəllimin müalicə olunduğu palataya gəldik. Bax, burda daNadir həkim mövzunu hərləyib-fırlayıb yenə mənim ağrılarımın üstünə gətirdi.Dedi ki, başısoyuqluq edirsən. Sonra o ağrıların əziyyətini çəkəndə müalicə lapçətin olacaq…

Bəli,bax, bu kiçik detalları xatırlatmaqla mən həkimin mənim timsalımda ona müraciətedənlərə göstərdiyi qayğını nəzərə çatdırmaq istəyirəm. Vurğulayıram ki,professor Nadir Hüseynov xəstənin loru dildə desək, bütün kaprizlərinə dözür.Necə deyərlər, onun nazıyla oynayır. Amma müalicənin effektli olması üçündediklərinin, təyin etdiklərinin vaxtında, dəqiqliklə icrasını da tələb edir.Onun dilindən eşitdiyim bir söz var:

-Əgər həkim xəstəyə təyinat yazıbsa, ona bütün qayğılara, problemlərə, işinbaşdan aşmasına baxmayaraq, əməl etmək lazımdı. İynə də, dərman da yazıldığıvaxtda qəbul olunmalıdı. Gecikmələrə yol vermək olmaz…

Azərbaycanadlı məmləkətin işıqlı insanları, dəyərli ziyalıları, özü də təkcə ölkədaxilində yox, ondan kənarda da tanınan aydınları çoxdu. Barəsində söz açdığımNadir Hüseynov məhz həmin o aydınlardandı ki, onunla qürur duymaq, onunla həmvətənolmaq insana könül rahatlığı bağışlayır. Bu mənada mən aydınlarıyla bəxti gətirənmillətimin və Azərbaycanımın işıqlı sabahlarına inanıram. O sabahlara sağlamruhla qovuşmaq yalnız təkcə insanın özündən deyil, həm də ona şəfa bəxş edən həkimlərdəndə asılıdır. Deməli, bizim hələ Nadir həkimə, eləcə də digər savadlı, cəfakeş,millətini sevən, onun sağlamlığı keşiyində duran həkimlərimizə çox ehtiyacımızvar.

TƏQVİM / ARXİV