adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Oktyabr 2017 17:07
14678
DÜNYA
A- A+

TÜRKİYƏ DÜNYA ÇEMPİONATINA QƏSDƏN GETMƏDİ!

Dost və qardaş deyilik?! Atalar necə deyib: «Dost dosta tən gərək, tən olmasa, gen gərək».

İndi qardaşlarımız gördü ki, Azərbaycan milli komandası dünya çempionatına çıxa bilmədi, bərk dilxor oldu. Dedilər ki, qardaşlarımız olmayan dünya çempionatına niyə gedirik ki?! Yoxsa İslandiyanın da ağzını cırardılar, Finlandiyanın da. İslandiya kimdi ki, İstanbulun bir məhləsinin yarısı boyda bir yerdi. «Qalatasaray»ın azarkeşlərinin sayı İslandiya əhalisinin sayından ən azı iyirmi dəfə çoxdu.

Eybi yox, inşallah, Avropa çempionatında bir qrupda oynayarıq.