adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Oktyabr 2017 17:05
10994
İDMAN
A- A+

RAHİD ƏMİRQULİYEVİN CƏZASI NƏ OLACAQ?

Milli futbol komandamızın kapitanı Rahid Əmirquliyevin Almaniya ilə oyun zamanı dövlət himnini oxumaması çox böyük etiraza səbəb olub. Xalq komandamızın uduzmağından daha çox bu olaya əsəbləşib.

Görək indi buna görə Əmirquliyevə nəsə bir cəza verəcəklərmi? Ən azı kapitanlıqdan məhrum edəcəklərmi?

Bir də ki ona kapitanlıq sarğısını etibar edəndə heç maraqlanmadılarmı ki, şərəfini qoruduğu və vətəndaşı olduğu ölkənin dövlət himnini bilir, ya yox?

AFFA-dan açıqlama gözləyirik.

Bəlkə milli komandamıza dövlət himnimizi bilən və bu himni oxumaqdan qürur duyan bir baş məşqçi qoyaq?