adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Oktyabr 2017 17:01
12592
İDMAN
A- A+

«QARABAĞ»- «ATLETİKO» OYUNUNA NİYƏ AZ BİLET SATILIB?

«Roma» ilə oyuna bir həftə qalmış demək olar ki, bütün biletlər satılıb qurtarmışdı. Bəs, indi nə oldu?

Əvvəla, biletlər çox az sayda kassalarda satılır, adamlar nə qədər növbədə durar axı? Yəni bu kassaların sayını artırmaq o qədər çətindirmi?

İkincisi, ən əsas problem də təşkilatçılıq problemidi. İnsanların gözü «Roma» ilə oyundan sonra çəkdikləri zülmdən qorxub. Qaldılar yağışın altında, «Bakubus» üzərinə düşən vəzifəni yerinə yetirmədi. Sonra da müxtəlif təşkilatlar günahı bir-birinin üstünə atdı.

Oyunun başlamasına bir həftə qalıb, amma hələ də təşkilati məsələlərdən xəbər yoxdur.

Bəzən də təşkilatçının zəif olmasının günahını «Qarabağ»da görürlər. «Qarabağ» futbol oynasın, yoxsa azarkeşləri daşımaqla məşğul olsun?

Hələ gec deyil. Hörmətli təşkilatçılar, heç olmasa azarkeşlərə bir ümid verin.

Əziz azarkeşlər, siz də pirlərə nəzir verin ki, yağış yağmasın.