adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Oktyabr 2017 16:37
10171
MƏMLƏKƏT
A- A+

Evlənmək istəyən 84 nəfərdə QİÇS tapılıb

Sentyabr ayında nikaha daxil olmaq istəyən 8 843 nəfər tibbi müayinədən keçib.

Adalet.az xəbər verir ki, bunu azvision.az-a açıqlamsında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Onun sözlərinə görə, müayinədən keçən 240 nəfərdə talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb.

Onun sözlərinə görə, cari ilin 9 ayında 105 107 nəfər tibbi müayinədən keçib. Zöhrə Əlimirzəyeva qeyd edib ki, 32 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı, 13 169 nəfərdə talassemiya daşıyıcılığı, 378 nəfərdə sifilis, 84 nəfərdə isə QİÇS xəstəliyi aşkar edilib”.