adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Oktyabr 2017 15:51
18618
SİYASƏT
A- A+

ATAMBAYEVDƏN NAZARBAYEVƏ AĞIR İTTİHAMLAR

Qırğızıstan prezidenti Aslanbəy Atambayev Qazaxıstan prezidentinin ünvanına sərt ittihamlar yağdırıb. Buna səbəb prezidentliyə keçmiş namizədlərdən birinin səs yazısının yayılması olub. Həmin səs yazısında deyilir ki, Babanov (seçkinin favoritlərindən biri) prezident seçiləndən sonra mən onunla şərikli biznes quracam. 

Ötən şənbə baş nazirin müavinin ölümüylə nəticələnən avtoqəzanın şoku içində olan prezidenti də elə bu söz cin atına mindirib və o, qəzəbini həmin namizədlərin himayəçisi hesab edilən (xatırladaq ki, bu yaxınlarda Qazaxıstan prezidenti Babanovla şəxsən görüşüb) N. Nazarbayevin üstünə töküb: "Mən ədalətli seçkilər keçirməyə söz vermişəm və sözümün üstündə duracam. Ancaq bizim ölkəmiz bu cür namizədlər üçün kommersiya boxçasıdır.” Onun sözlərinə görə Bişkekə bu cür namizədləri soxuşduran məhz Qazaxıstandır. A. Atambayev daha sonra bildirib: "Nazarbayev deyir ki, təkcə Alma-Atanın ümumdaxili məhsulu Qırğızıstanın ümümdaxili məhsulundan 5 dəfə, Qazaxıstanınkı isə 10 dəfə çoxdur”. "Bəs niyə pensiyalar 10 dəfə yox, cəmi 1,5 dəfə çoxdur” – deyə Atambayev öz ritorik sualına özü də cavab verir: "Çünki oğurlayırlar”. Qırğız prezidentinin sözlərinə görə Qazaxıstanı narahat edən onun ölkəsində azad və ədalətli seçkilərin keçirilməsidir. Qazaxıstan rəsmiləri bunu pis nümunə hesab edir və özləri üçün təhlükə sayır. "Qazaxıstan prezidenti deyir ki, Qırğızıstana gənc prezident lazımdır – deyə Atambayev davam edir. – Bizim prezidentliyə namizədlərimizin ən böyüyü Nazarbayevdən 20 yaş balacadır. Mən özüm isə 16 yaş. İndi kimə, bizə, yoxsa onlara gənc prezident lazımdır?”

P.S. Qirğizistanda prezident seçkiləri Oktyabrın 15-də keçiriləcək. Bu barədə saytımızda daha geniş məqalə ilə sabah tanış ola bilərsiniz.