İlham Əliyev-Sarkisyan görüşü Soçidə keçirilə bilər
Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.
Adalet.az-ın məlumatına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri tədbirdə iştiraklarını təsdiqləyiblər.
Uşakov iclasın sonunda 19 sənədin imzalanacağını bildirib. Bundan başqa, AİB rəhbərləri iclasda Ermənistanın təşkilatda nümayəndəliyi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.
Uşakov, həmçinin vurğulayıb ki, Ermənistan Konstitusiyasına dəyişiklik və prezidentin bəzi səlahiyyətlərinin baş nazirinə keçiməsilə əlaqədar gələcəkdə bənzər tədbirlərdə Ermənistanı baş nazir təmsil ediləcək.
MDB dövlət başçılarının sammitinə xüsus yer ayıran erməni KİV-ləri iddia edirlər ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında gözlənilən görüş Soçidə keçirilə bilər. Qarabağ danışıqlarına dair razılaşdırılan görüşün Soçidə baş tutma ehtimalı yüksək qiymətləndirilir. Hələlik bu barədə Azərbaycan və Ermənistanın rəsmi dairələri tərəfindən açıqlama verilməyib.
Ötən həftə KİV-ə müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov prezidentlərin görüş yeri və vaxtının bu həftə bilinəcəyini demişdi.
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36